Alman aviaşirkəti Lufthansa Group xərcləri azaltmaq məqsədilə inzibati işçilərinin 20%-ni ixtisar etməyə hazırlaşır.
Yenisabah.az xəbər verir ki, təxminən 3,000 nəfərin işdən çıxarılacağı bildirilir.
Şirkətin baş direktoru Carsten Spohr bu gün keçirilən daxili iclasda bildirib ki, inzibati xərclərin 20%-i ixtisar edilməlidir. Bu, Lufthansa-nın təxminən 15,000 nəfərdən ibarət inzibati heyətinə təsir edəcək. Toyuqlu pizza
Lufthansa hələ ixtisarlarla bağlı rəsmi açıqlama verməsə də, planın sentyabrın 29-da keçiriləcək kapital bazarları günündə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız