AZ

İLK DƏFƏ! İnanılmaz tapıntı üzə çıxdı - Beləsi görünməyib - FOTO

İsrailin şimalında aparılan qazıntılar zamanı tarixi əhəmiyyətli tapıntı aşkarlanıb.

Musavat.com xəbər verir ki, Xayfa Universitetinin arxeoloqları 1500 il əvvələ aid olduğu güman edilən böyük Bizans xəzinəsini gün üzünə çıxarıblar.

Tədqiqatçılar ümumilikdə 97 qızıl sikkə və çoxsaylı zərgərlik bəzəyi qalıqları tapıblar. Bu qiymətli əşyaların bir hissəsi eramızın VI–VII əsrlərinə, imperator I Yustinin hakimiyyəti və İraklinin ilk illərinə təsadüf edir.

Xəzinə iyul ayında ekspedisiya üzvü tərəfindən metal detektor vasitəsilə təsadüfən aşkar olunub. Tapıntılar arasında 610-cu ildə Kiprdə kəsilmiş nadir sikkə də var. Arxeoloqlar bildirirlər ki, bu tip nümunə İsraildə ilk dəfə qeydə alınıb və bənzəri görünməyib.

Mütəxəssislərin fikrincə, xəzinə eramızın 614-cü ilində bölgəni işğal edən fars qoşunlarının hücumlarından əvvəl gizlədilib. O dövrdə Susita şəhəri yeddi kilsəsi ilə regionun mühüm xristian mərkəzlərindən biri hesab olunurdu. Şəhər isə yalnız 749-cu ildə baş verən güclü zəlzələ nəticəsində tamamilə boşaldılıb.

Musavat.com 

Seçilən
9
musavat.com

1Mənbələr