AZ

İsveçin hərbi bazası yaxınlığında dronlar müşahidə edilib

Cümə gününə keçən gecə İsveçin Karlskrona arxipelaqı üzərində, hərbi-dəniz bazasından bir neçə kilometr aralıda pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.

 

Bu barədə SVT məlumat yayıb.

 

Hadisə yerinə polis çağırılıb.

 

"Bu, Danimarka və Skonedə (İsveçin cənub hissəsi) müşahidə edilmiş drona bənzər daha böyük PUA növüdür. Onun hansı obyekt olduğu hələ məlum deyil, lakin biz aviasiya qanunvericiliyinin pozulması ilə bağlı məlumat tərtib etmişik", - məhkəməyəqədər istintaqa rəhbərlik edən Mattias Lundqren deyib.

 

Polis koordinasiya mərkəzinin məlumatına görə, söhbət bir neçə şahidin gördüyü qırmızı və yaşıl işıqlı iki drondan gedir. İş üzrə şübhəli şəxs yoxdur. Lakin polis bu insidentlə Danimarka və Norveçdə baş verən son hadisələr arasında aydın əlaqə görür.

Seçilən
8
senzor.az

1Mənbələr