ain.az, Azertag portalına istinadən məlumat yayır.
Stokholm, 27 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Lofoten adalarında (Norveç) Nappstraumen yaxınlığında altı isveçli turist və bir balıqçı bələdçisini daşıyan qayıq aşıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. 11-12 yaşlı qız itkin düşüb. Hadisə cümə günü saat 13:00 radələrində qeydə alınıb. Hadisə yerinə helikopter və dalğıcların olduğu qayıqlar göndərilib.
Xilasetmə əməliyyatı zamanı norveçli xilasedici həlak olub. Norveçin ədliyyə naziri Astri Os-Hansen onun ailəsinə və həmkarlarına başsağlığı verib.
Xilasetmə xidmətlərinin məlumatına görə, qayıq güclü cərəyan və dalğalar səbəbindən aşa bilərdi. İtkin düşən qızın axtarışları gecə boyu davam edib və çətin hava şəraitinə baxmayaraq davam etdiriləcək.
Balıq ovu turunu təşkil edən “Nordic Sea Angling” şirkəti qayığın böyük olduğunu və təcrübəli bələdçi ilə qorunan sularda olduğunu qeyd edərək, hadisəni “izah edilə bilməyən” adlandırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.