AZ

Qubada gənclərin milli dəyərlərə bağlılığı mövzusunda seminar keçirildi- FOTOLAR

“Suverenlik və Konstitusiya ili” çərçivəsində Qubada “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir baş tutub

 

 

Məlum olduğu kimi bu gün dünyada hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması, dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir.  Gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin gənclərə düzgün aşılanması istiqamətində Bakı Politoloqlar Klubu tərəfindən sistemli iş davam etməkdədir

Suverenlik və Konstitusiya ili çərçivəsindəQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Politoloqlar Klubutərəfindən, Quba rayonu İcra Hakimiyyətinin və ADPU -nun Quba filialının tərəfdaşlığı ilə “Suverenlik və Konstitusiya ili” çərçivəsindəDövlət suverenliyi və milli birliyin qorunmasınınideoloji əsaslarının təhlili” adlı tədbir baş tutmuşdur. Qubadakı  ictimai – fəalları, ayrı – ayrı maraq qruplarını, sosial qrupları təmsil edən gənclərin iştirakı ilə keçirilən tədbirin məqsədi hazırda dünyada və region ətrafındakı bir sıra çağırışlar fonunda yerli gənclərin düzgün formada istiqamətləndirilməsinə dəstək vermək, azərbaycançılıq, dövlət – vətəndaş, xarici qüvvələr kimi anlayışlarla bağlı, eyni zamanda milli-mənəvi dəyərlər, mədəni assimilyasiya, rəqəmsal əsrdə milli kimliyin qorunması və qarşıda duran çağırışlar, Azərbaycana qarşı ideoloji müharibə və sair kimi məsələlərlə bağlımaarifləndirmə işinin aparılmasından ibarətdir

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş sözü ilə başlayan ADPU Quba filialının direktoru, professor Yusif Alıyevqonaqları salamlayaraq mövzunun aktuallığına toxunmuş,  bu kimi maarifləndirmə işlərinin  xüsusilə həmsərhəd rayonlarda vacib olduğunu qeyd etmişdir. O, şimal bölgəsində gənclərin təhsilə və elmə yönəldilməsində  ADPU -nunQuba filialının roluna da toxunmuşdur. Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin hələ müstəqilliyimizin ilk illərində ölkəmizdə müəyyən etdiyi təhsil strategiyasını milli sərvət kimi dəyərləndiribDirektor diqqətə çatdırıb ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəliinkişafında, eyni zamanda 44 günlük Vətən müharibəsində rəşadətli qələbənin qazanılmasında öz sözünü deyib.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova tədbir iştirakçılarını rayonun icra başçısı İlqar Mahmudov adından salamlamış, seminarın fəaliyyətinə uğurlar arzu etmişdir. Abbasova tədbirin məhz bu mövzuda keçirilməsinin zəruriliyini önə çəkərək, belə seminarların gənc nəslin milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini xüsusi qeyd etmişdir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Quba rayon icra hakimiyyətinin rəhbərliyinə  və  ADPU -nun Quba filialının rəhbərliyinə yaradılan şərait üçün təşəkkürünü bildirmişdir. O, Qubanı təmsil edən hər iki millət vəkilinə dəvəti qəbul edib seminarda iştirak etdiklərinə görə minnətdarlığını bildirərək hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi seminarların həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur. Zaur Məmmədov Qubada gənclərin ayrı – ayrı sosial qruplarını təşkil edən 100 nəfərə yaxın iştirakçının dinlədiyi seminarın vacibliyinə toxunmuş, hazırda ölkəmiz ətrafında cərəyan edən çağırışlar, formalaşan perspektivlər haqqında bəhsetmişdir. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəöz çıxışında Azərbaycanın iqtisadi və siyasi göstəriciləri haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, bu gün dünyada baş verən proseslərdə Azərbaycan xüsusi əhəmiyyətə malikdir. Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan xalqı və dövləti uzun əsrlərdən sonra bölgədə işğala son qoyaraq tarixi ədaləti bərpa etmişdir. Onun sözlərinə görə, əldə olunan uğurlar yalnız hərbi deyil, həm də diplomatik, siyasi və iqtisadi sahələrdə kompleks yanaşmanın nəticəsidir.

Milli Məclisin deputatı Müşviq Məmmədliçıxışında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların, xüsusən də sosial və humanitar sahədə atılan addımların əhəmiyyətini qeyd etmişdir. O, Azərbaycanda aparılan regional siyasətdən, regionların inkişaf planından, eləcə də gənclərin dövlət siyasətindəki rolundan danışaraq, gələcək nəsillərin milli maraqlara sadiq və müasir dünyagörüşə malik vətəndaşlar kimi formalaşmasının vacibliyini vurğulamışdır.

Politoloq Zaur İbrahimli isə konfrans iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə şimal regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.

ADPU Quba filialının Humanitar elmlər kafedrasının müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova çıxışında Qubanın zəngin mədəni mühitinin təhsillə sintezinin gələcək nəsillərin milli kimlik və vətənpərvərlik ruhunda yetişməsinə töhfə verdiyini vurğulamışdır.

Filialın Akt zalında keçirilən seminar baş müəllim Kəmalə Bayramovanın moderatorluğu ilə baş tutub. 

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

 

Seçilən
7
2
news365.az

3Mənbələr