AZ

“Qarabağ”a uduzmuşuq, indi qazanmaqdan başqa şansımız yoxdur”

“Təəssüf ki, “Şamaxı”ya qarşı oynaya bilməyəcəm. Komandama kömək etmək istərdim”.

“Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov Sportinfo.az-a açıqlamasında komandasının növbəti görüşü barədə danışıb.

Ötən həftə “Qarabağ”la qarşılaşmanın ilk yarısında qırmızı vərəqə alan təcrübəli müdafiəçi Şamaxıda meydana çıxa bilməyəcək.

Buna baxmayaraq, Slavik komanda yoldaşlarına inanır, Naxçıvan təmsilçisinin səfərdən uğurlu nəticə ilə qayıdacağına ümid edir:

“Qarabağ”a məğlubiyyətdən sonra Şamaxıda qələbə qazanmaqdan başqa şansımız yoxdur. Əlimizdən gələni etməliyik ki, səfərdən 3 xalla qayıdaq.

Süni örtük amilinə çox da önəm vermirik. Ola bilsin rəqib buna öyrəncəlidir. Lakin hər bir halda şərtlər hər iki komanda üçün eynidir.

“Şamaxı” yaxşı təşkilatlanmış rəqibdir. Xüsusən müdafiədə etibarlı oynayır. Çətin olacağını bilirəm. Ancaq yenə də qələbə üçün oynayacağıq”.

Sentyabrın 27-də Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 15:30-da çalınacaq.

HƏBİB

Seçilən
14
sportinfo.az

1Mənbələr