AZ

“Onların sayəsində papağımızı başımızda rahat gəzdiririk” İlkin Əhmədov

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycanda 27 sentyabr – Anım Günü qeyd olunur. Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılır. Dövlət səviyyəsində və bütün bölgələrdə xatirə tədbirləri təşkil olunur. Şəhidlərin göstərdiyi fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayır. 

Yenisabah.az ilə duyğularını bölüşən Əməkdar artist, xanəndə İlkin Əhmədov bildirib ki, ölkə olaraq hər birimiz ağır günlər yaşamışıq:

“Bu tarix bizim hər birim üçün həm qürurlu, həm də kədərlidir. Hər birimiz bu hislərlə yaşayırıq. Çünki şəhid olanlar bizim canımızın və qanımızın parçasıdırlar. Damarlarımızda Azərbaycanlı qanı axırsa, hər birimiz bu duyğuları hiss etməliyik. Bilirik ki, valideyn üçün övladı itirmək nə deməkdir. O övladların hər biri tariximizin yaddaşında əbədilik qazanıb. Hamımız bilirik ki, bizim bu tarixi mübarizəmiz 1988-1990-cı illərdən başlayıb. 1995-ci ilə kimi Azərbaycan torpağı minlərlə şəhid verib. Eyni zamanda bu qədər şəhidlə yanaşı torpaqlarımızı da itirmişik. Ölkə olaraq hər birimiz ağır günlər yaşamışıq. Mən düşünürəm ki, bu itkilərlə biz bu günki tarixi qələbəmizin təməlini qoyduq. O şəhidlərimizin canı və qanı sayəsində bütövləşmiş Azərbaycanımıza sahib olduq. Şəhidlərimizlə yanaşı qazilərimizdə həmin torpaqlarda qan itirib. Bugünki zəfərimizi onlara da borcluyuq. Eyni zamanda müharibədə iştirak edən, amma yaralanmayan minlərlə qəhrəman vətən oğulları var ki, qələbəmizin səbəkarlarındandırlar. Bu gün onların sayəsində papağımızı başımızda rahat gəzdiririk”. pizza mizza

Əməkdar artist əlavə edib ki, sənətçi olaraq ölkəmizi hər yerdə qürurla təmsil edir:

“Bütün bunlarla yanaşı əsas təşəkkürümüz də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə düşür. Çünki o, 30 ildir itirilən ümidimizi yenidən bərpa etdi. Bütöv Azərbaycanı bütün dünyaya tanıtdı. Mən də bir sənətçi olaraq ölkəmizi qürur hissi ilə hər yerdə təmsil edirəm. Bu gün bizim hər birimizin başı ucadır. Bir zamanlar xarici səfərlərdə düşmənlə qarşılaşanda istər-istəməz üzülürdük. İndi isə Azərbaycanımız və Qarabağımız haqqında mahnınalarımızı qürurla ifa edirik. Allah bu xoş anları vətənimizə çox görməsin. Vətənimiz hər zaman qürurlansın, çiçəklənsin. Bir daha vətənimiz şəhid verməsin. Analarımızın gözü yaşlı, atalarımızın da boynu bükük qalmasın. Biz də vətəndaş olaraq hər zaman ölkəmizlə fəxr edək”.

Sonda isə İlkin Əhmədov Polad Həşimovun şəhidliyindən danışaraq qeyd edib ki, generalımız şəhid olanda hər kəs birlik olub ayağa qalxdı:

“Bizim dəyərli generalımız Polad Həşimov şəhid olanda bütün Azərbaycan ayağa durdu. Prezidentin bir çağırışı ilə bütün ölkə paytaxtın küçələrinə axışdı. Bu birliyimizin sayəsində də 30 ilik həsrətimizə son qoyuldu”.

Aydan Hacı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
yenisabah.az

2Mənbələr