AZ

“Qarabağ”ın rəqibinə rəhbərlik etdiyi dövrü yada saldı - Ançelotti

İtaliyalı baş məşqçi Karlo Ançelotti 2009-2011-ci illərdə “Çelsi”də keçirdiyi dövrlə bağlı xatirələrini bölüşüb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, London təmsilçisinə rəhbərlik etdiyi dövrdə klubun sahibi Roman Abramoviçin böyük əsəb keçirdiyini bildirib.

Səbəb, Abramoviçin işdən çıxardığı Joze Mourinyonun rəhbərlik etdiyi “İnter”in UEFA Çempionlar Liqasında “Çelsi”yə qarşı iki oyunun cəmində 3:1 hesablı qələbə qazanması olub:

“Ertəsi gün Abramoviç mənimlə yox, bütün komandayla görüşdü. Problemim Mourinyonun zəfərinin mənim Abramoviçlə münasibətlərimə mənfi təsir göstərməsi idi.

Mən Mourinyoya qarşı antidot (gərginliyi neytrallaşdırma) rolunu oynayan sakit, soyuqqanlı və komandanı ruhlandıran biri olmalı idim”.

“Çelsi” hazırda Braziliya millisinin baş məşqçisi olan Ançelottinin rəhbərliyi altında İngiltərə Premyer Liqası, ölkə kuboku və superkuboku da daxil olmaqla bir sıra uğurlara imza atıb.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
33
sportinfo.az

1Mənbələr