AZ

"Crocus City Hall"da terror aktı nəticəsində ölənlərin sayı artdı

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.

Moderator.az-ın xəbərinə görə, bu barədə TASS-a vəkil İqor Trunov məlumat verib.

"Terror aktı zamanı yaralananlardan biri Dmitri Sarayev uzun və ağır müalicədən sonra vəfat edib", - deyə o bildirib.

Vəkilin sözlərinə görə, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası alıb. Həkimlər gülləni çıxarıblar.

Qeyd edək ki, Dmitri 2024-cü il dekabrın 31-də öz bloqunda ilin yekunları üzrə paylaşım edərkən bununla bağlı yazıb: "Mənə güllələdilər, amma öldürmədilər". Sarayev martın 22-ni ikinci doğum günü adlandırırdı.

Seçilən
7
4
moderator.az

7Mənbələr