AZ

"Crocus" terrorunda yaralanan daha bir nəfər öldü

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə vəkil İqor Trunov TASS-a məlumat verib.

"Terror aktı zamanı yaralananlardan biri Dmitri Sarayev uzun və ağır müalicədən sonra vəfat edib", - deyə o bildirib.

Vəkilin sözlərinə görə, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası alıb. Həkimlər gülləni çıxarıblar.

Qeyd edək ki, Dmitri 2024-cü il dekabrın 31-də öz bloqunda ilin yekunları üzrə paylaşım edərkən bununla bağlı yazıb: "Mənə güllələdilər, amma öldürmədilər". Sarayev martın 22-ni ikinci doğum günü adlandırırdı.

Seçilən
0
4
unikal.az

7Mənbələr