Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə vəkil İqor Trunov TASS-a məlumat verib.
"Terror aktı zamanı yaralananlardan biri Dmitri Sarayev uzun və ağır müalicədən sonra vəfat edib", - deyə o bildirib.
Vəkilin sözlərinə görə, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası alıb. Həkimlər gülləni çıxarıblar.
Qeyd edək ki, Dmitri 2024-cü il dekabrın 31-də öz bloqunda ilin yekunları üzrə paylaşım edərkən bununla bağlı yazıb: "Mənə güllələdilər, amma öldürmədilər". Sarayev martın 22-ni ikinci doğum günü adlandırırdı.