AZ

"Haber Global": "Həm döyüş meydanı, həm də siyasi müstəvidə Zəfərə gedən yol" - VİDEO

Bundan beş il əvvəl 27 sentyabr 2020-ci ildə Qarabağı azadlığına qovuşduran tarixi proses start götürdü. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycanın Zəfəri ilə nəticələndi.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global"ın 44 günlük Vətən müharibəsinə həsr olunmuş süjetində qeyd olunub.

Bildirilib ki, 44 günlük müharibədə qələbədən sonra Cənubi Qafqazda dayanıqlı sülhə aparan yol açılıb. Süjetdə həmçinin tarixi proses ərzində baş verən hadisələrə diqqət çəkilib. Azərbaycanın həm döyüş meydanı, həm də siyasi müstəvidə qələbəyə aparan uğurlu addımlarından bəhs olunub.

 

Seçilən
21
1
moderator.az

2Mənbələr