AZ

27 sentyabr – Azərbaycanın ərazi bütövlüyünə aparan şanlı yolun başlanğıcı

Vətən müharibəsinin başlanmasından 5 il ötür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Musavat.com xəbər verir ki, Anım Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunan zəfərə və qəhrəmanlıq salnaməsinə köklənərək, tariximizin ən şərəfli səhifələrindən biri yazılıb. 27 sentyabr zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin və uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpa edilməsi, suverenliyin tam bərqərar olunması və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan qürurverici gündür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!

A
a
a
People
A
A
Seçilən
24
3
musavat.com

10Mənbələr