AZ

19 nəfəri öldürən saxta içkiyə görə 8 nəfər tutuldu

Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər həbs edilib.

“Cebheinfo.az” Oxu.Az-a istinadən xəbər verir  ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

"Leninqrad Vilayət Prokurorluğu regionda saxta alkoqoldan zəhərlənmə ilə bağlı vəziyyətə nəzarəti davam etdirir. Slantsı və Volosovskidə ölümlə nəticələnən zəhərlənmələrə prokurorluq tərəfindən nəzarət zamanı bir sıra axtarışlar aparılıb, saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər saxlanılıb", - deyə məlumatda bildirilib.

Qurumun məlumatına görə, cinayət işi çərçivəsində 1 000 litrdən çox spirtli içki müsadirə edilib.

"1 000 litrdən çox alkoqollu içki müsadirə edilib, onun regiona daxil olmasının mənbəyi müəyyənləşdirilir, şübhəlilərin barəsində qətimkan tədbirlərinin seçilməsi məsələsi həll edilir", - deyə qeyd edilib.

Xatırladaq ki, Rusiyanın Slantsı bölgəsində kustar üsulla hazırlanan saxta alkoqollu içkiyə görə azı 19 nəfər həlak olub.

“Cebheinfo.az”

Seçilən
19
4
cebheinfo.az

5Mənbələr