Misli Premyer Liqasında VI turun qarşılaşmaları oynanılır.
Offsideplus.az xəbər verir ki, bu gün "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Şamaxı" 5 xalla 9-cu, 10 xala malik olan Naxçıvan təmsilçisi isə 4-cü yerdədir.
Bu komandalar arasında ötən mövsümkü matçlarda "Araz-Naxçıvan" 3 qələbə qazanıb, 1 oyun isə heç-heçə başa çatıb.
Misli Premyer Liqası, VI tur
27 sentyabr (şənbə)
15:30. "Şamaxı" - "Araz-Naxçıvan" 1:0 (fasilə)
Qol: Rüfət Abbasov, 28
17' Karim Rossi fərqlənsə də, qol qeydə alınmayıb
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu