AZ

Əməkdar artist: "Qardaşımı qətlə yetirdilər, səbəbini bilmədik"

"1997-ci il aprelin 27-si həyatımda ən qaranlıq bir hal, gündür. Suallarla dolu bir gündür. Hər zaman gözümü yumanda həmin hadisə gözümün qabağına gəlir".

Ölkə.Az Axsam.аz-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Öz aramızda" verilişində deyib. Aktrisa 30 ildir itirdiyi qardaşından danışıb. O bildirib ki, qardaşı qətlə yetirilib:

"Yuxum ərşə çəkilib. Hadisə valideynləri itirəndən sonra olub. Dedik ki, nə yaxşı qardaşımın ölümünü valideynlərim görmədi. 25 yaşında qardaşım Samiri öldürdülər. Müəmmalı ölüm idi. Bu, qətldir. Qardaşımın ruhuna hörmət edib bu mövzuya qayıtmaq istəmirəm. Məndən 10 il sonra dünyaya gəlmişdi. Çox araşdırdım, sual altındadır".

Seçilən
7
4
olke.az

6Mənbələr