AZ

Astarada güclü yağış səbəbindən sakinlər təxliyə edilib

Ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində fəsadlar törədib.

APA-nın məlumatına görə, qəsəbənin bəzi yerlərində suyun səviyyəsi 1 metrə çatıb.

Əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri və DİN-in əməkdaşları cəlb olunub. Ərazidə qərargah yaradılıb.

Görülən tədbirlər nəticəsində bu saata kimi evlərdən 33 nəfər təxliyə olunub. Təxliyə prossesinə 59 nəfər şəxsi heyət, 9 texnika və 1 qayıq cəlb olunub.

Seçilən
8
6
anews.az

7Mənbələr