AZ

Ukraynada Sambo Federasiyasının prezidenti güllələnərək qətlə yetirilib

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Krivoy Roqda şəhərin Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko güllələnib.

AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, naməlum şəxs iki kişiyə atəş açıb, onlardan biri hadisə yerində ölüb, ikincisi isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yevgeni Ponırkoya yeddi dəfə atəş açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs ərazidən uzaqlaşıb.

Ponırko sambo və cüdo üzrə idman ustası, Avropa çempionatının bürünc mükafatçısıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
ayna.az

7Mənbələr