AZ

SOMDA-nın şəxsi heyəti Zəfər Parkını ziyarət edib - FOTOLAR

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət edərək Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsinin önünə gül dəstələri qoyublar.

"Unikal" xəbər verir ki, ziyarətdən sonra anım tədbiri Agentliyin inzibati binasında davam etdirilib. Tədbirdə Agentliyin rəisi çıxış edərək, Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını, onların qəhrəmanlığının gələcək nəsillərə nümunə olduğunu vurğulayıb. 

27 Sentyabr tarixi Azərbaycanın müasir tarixində qəhrəmanlıq və birlik rəmzi kimi qeyd olunur. Bu gün, Vətən uğrunda canından keçənlərin ruhuna ehtiram bildirmək və onların döyüş yolunu xatırlamaq üçün mühüm əhəmiyyət daşıyır.

Anım günü ilə əlaqədar silsilə tədbirlər Agentliyin bütün regional idarələrində də keçirilib, şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub, xatirə məkanları və şəhidlər xiyabanları ziyarət edilib. 

Seçilən
37
50
unikal.az

10Mənbələr