AZ

Keçmiş baş məşqçini “neprav” çıxarmaq üçün onu geri qaytardı

"Bakı Sportinq" bugünlərdə keçmiş oyunçusunu Azərbaycana geri qaytarıb.

Buzovna təmsilçisi Luka Stevanoviçi təkrar heyətinə qatıb.

Onunla 1 illik müqavilə imzalanıb.

27 yaşlı yarımmüdafiəçini n son klubu isə Belarusda "Molodeçno" olub.

Balkanlı legionerin dönüşü təsadüfi qarşılanmamalıdır. Ötən mövsüm I Liqada 4 qol vuran və komandaya üst-üstə 10 xal qazandıran serbiyalının burada qalmaqal yaşamasını mütləq xatırlatmalıyıq.

O, məşqdə köməkçiləri ilə mübahisə etdiyi üçün baş məşqçi Elman Sultanov tərəfindən düşərgədən uzaqlaşdırılıb.

Çalışdırıcı onun sözünə məhəl qoymayan və əlindəki su qabını yerə çırpan Lukanı cərimələyib. Serbiyalı isə hadisənin ertəsi günü səssiz-səmirsiz ölkəsinə qayıdıb.

E.Sultanov artıq "Bakı Sportinq"də deyil. Rəhbərlik futbolçularla daim qalmaqal yaşayan mütəxəssisi Röyal Nəcəfovu əvəzləyib.

Düzdür, iştirak ərizəsində yeni baş məşqçi kimi Kərim Diniyev göstərilib, ancaq hamı bilir ki, bütün səlahiyyətlər kimdədir.

Adı protokola hücumçu kimi qeyd edilən R.Nəcəfov l,Svefanoviçin qayıdışının təşəbbüskarıdır.

Belə demək olarsa, balkanlını E.Sultanovun acığına geri gətirib. Ona sübut etmək istəyir ki, adıçəkilən əcnəbini yola verməməklə səhv addım atıb.

SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr