AZ

Baxşıyevdən 1:1 ə şərh

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının VI turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– İki fərqli hissə oynadıq. Birinci hissə oyunumuz alınmadı, istədiyimizi meydançada görə bilmədik. İcrada çətinlik çəkirdik. “Şamaxı” yaxşı təzyiq göstərirdi. Düşünürəm ki, ikinci hissə fərqli oynadıq və dönüşü yarada bildik, bir xal qazandıq. Qələbə qazana da bilərdik, uduza da.

– İddialı klubların xal itkilərini görürük. Autsayderlər güclənib, ya iddialılar gözləntilərin altında qalır?

– Siz fərqli baxa bilərsiniz. “Şamaxı”nın futbolçuları meydanda nə etmək istədiklərini bilir. Bu səfər ağırdır, meydança da süni örtüklüdür. Komandalar yaxşı mübarizə apardı. Azarkeşlər üçün də maraqlı, dinamik oyun oldu.

– “Qarabağ”a məğlubiyyətin təsiri qalmışdı?

– Məğlubiyyətin üzərində çox qalmırıq. Bunu unudub, qarşıdakı oyuna kökləndik.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
futbolpress.az

1Mənbələr