AZ

Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşüb - FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib.

Aznews.az xəbər verir ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə olunub.

Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən "Soyqırımı" memorial muzeyi ziyarət edilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla, regionlarımız hərtərəfli inkişaf edir. Qazanılan ardıcıl uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Seçilən
26
28
aznews.az

10Mənbələr