AZ

ABŞ-nin Bakıdakı səfirliyi Anım Günü ilə bağlı paylaşım edib

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Anım Günündə şəhidləri yad edib.

Operativ Media xəbər verir, səfirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq.

Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda qeyd edilib.

Seçilən
10
13
operativmedia.az

10Mənbələr