AZ

Şərurda avtomobil qaz xəttinə çırpılıb - 800 dən çox abonent qazsız qalıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şərurda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru yararsız hala düşüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dizə kəndində baş verib.
Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Seçilən
21
12
oxu.az

10Mənbələr