AZ

Zaxarovanın “Dünya müharibəsi” açıqlamasının PƏRDƏARXASI: Nə baş verir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında bildirib ki, “Kiyevin Avropada təxribat planları təsdiqlənsə, müharibə olacaq.” Bu bəyanatın fonunda III Dünya Müharibəsi ritorikasının tez-tez gündəmə gətirilməsi ilə bağlı suallar da artıb.

Siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında qeyd edib ki, belə ritorika daha çox psixoloji və siyasi təsir məqsədi daşıyır:

İlyas Hüseynov

“Qlobal miqyasda müharibə ehtimalının gündəmə gətirilməsi iki əsas funksiyanı yerinə yetirir: daxildə və xaricdə rəqiblərə qarşı qorxuducu siqnal vermək və münaqişəni kimin başladığına dair narahatlıqları əvvəlcədən formalaşdırmaq.

Rusiya-Ukrayna kontekstində informasiya və desinformasiya əməliyyatları intensivdir. Estoniya hava məkanının pozulması, Polşaya dron və raket hücumları kimi hadisələrdə məsuliyyətin kimdə olduğu yönündə qarşılıqlı ittihamlar səslənir”.

O, bu cür iddiaların çox vaxt mesaj xarakteri daşıdığını, konkret taktiki məqsədlərə xidmət etdiyini bildirib:

“Texnologiyalar və peyk nəzarət vasitələri vasitəsilə təxribatın mənbəyini, hazırlıq planlarını və digər detallarını öyrənmək mümkündür. Əgər hücumların Rusiyaya aid dron və ya silahlarla təşkil edildiyi sübuta yetərsə, bu, Buxarest və Varşava ilə Kremlin münasibətlərində ciddi gərginliklər yarada bilər.”

Hüseynov həmçinin mümkün ssenariləri dəyərləndirərək bildirib ki, Rusiyanın NATO üzvü dövlətlərin ərazilərinə hücum edilməsi iddialarını ukraynanın üzərinə atmağa çalışması həm də diplomatik ritorikanın sərtləşdirilməsinə xidmət edir:

“Lakin əks halda, yəni Ukraynanın günahının olmadığı sübuta yetərsə, beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı daha sərt reaksiya vermə ehtimalı yüksəkdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
konkret.az

2Mənbələr