AZ

Türkiyədə “Üç dövlət, bir millət” adlı ikinci toplantı keçirilib - FOTO

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclasında iştirak edirlər.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin deputatları TBMM-də bir sıra görüşlər keçirirlər.

Görüşlərdə iştirak edən Milli Məclisin deputatları Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarsı əlaqələr və əməkdaşlıqdan danışdılar. Deputatlar bildiriblər ki, “Üç dövlət, bir millət” prinsipi ilə aparılan əməkdaşlıq Türk Dövlətələrinin birliyinin daha da inkişafına səbəb olacaq.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında bildirib ki, “Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər hörmətli Ərdoğan-Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. Bu yaxınlıq həmdə Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamlarında dəqiq ifadə olunub. Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Şimali Kipr Türk Cumhuriyyəti beynəlxalq səviyyədə tanınmasının başlanğıcındadır. Belə ki, Şimali Kipr Türk Cumhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir. Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusundadır. Bu böyük diplomatik uğurlarda Türkiyə dövlətinin, xüsusilə Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. Bütün bunlar Türk Dünyasının möhkəmlənməsinə və Şimali Kipr Türk Cumhuriyyətinin azadlığına töhfədir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatar müxtəlif səviyyəli tədbirlərlə bağlı Azərbaycana səfərlər etmiş, prezident cənab İlham Əliyevlə görüşmüşdür. İki lider arasındakı görüşlərdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsi və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə predmeti olmuşdur. Cənab Prezident İlham Əliyev Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir”.

Seçilən
27
50
unikal.az

10Mənbələr