AZ

Ərdoğan: Soyqırımı şəbəkəsinin lideri boş stullara danışdı...

Türkiyə prezidenti BMT-dəki çıxışına görə Netanyahunu sərt tənqid edib...

Poliqon xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosphorus Diplomatik Forumunda çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı nitqini sərt tənqid edib. O bildirib ki, “soyqırımı şəbəkəsinin başçısı yalan və hədə-qorxularını dinləyəcək heç kəsi tapa bilmədiyi üçün boş stullar qarşısında çıxış edib”.

Ərdoğanın sözlərinə görə, Qəzza zolağında aclıq “kütləvi qırğın silahı kimi vəhşicəsinə istifadə olunur”. “Netanyahunun özü, kabinet üzvləri və bu soyqırımı şəbəkəsi təcili olaraq məhkəmə qarşısına çıxarılmalı və cəzalandırılmalıdır”, deyə Türkiyə lideri vurğulayıb.

Prezident əlavə edib ki, əgər İsrail dayandırılmazsa, fələstin dövlətinin yaradılması iradəsi həyata keçməyəcək. Onun fikrincə, İsrailə qarşı real sanksiyalar tətbiq edilməli, o cümlədən bu ölkənin beynəlxalq idman turnirlərində iştirakına qadağa qoyulmalıdır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr