AZ

Premyer Liqa hakimi futbolçuları səhv saldı - KURYOZ hadisənin VİDEOsu

“Qarabağ”la “Qəbələ” arasında baş tutan oyunda cari mövsümün ən erkən qırmızı vərəqəsi qeydə alınıb.

Qonaqların futbolçusu Prins Ovusu 10-cu saniyədə rəqib müdafiəçi Mateus Silvanın ayağına zərbə endirdiyinə görə meydandan qovulub.

Həmin an futbolda nadir hallarda rast gələ biləcəyimiz hadisələrdən biri qeydə alınıb.

Baş hakim Rauf Cabbarov Ovusunun qayda pozduğuna görə ilk cəhddə ona sarı vərəqə göstərib.

Lakin VAR-dan gələn siqnaldan sonra təcrübəli referi monitora yaxınlaşıb və gənc futbolçunun “qırmızı”ya layiq kobudluq etdiyini görüb.

Meydana qayıdıb, əlini cibinə atıb və qırmızı vərəqəni Prinsə yox, digər qaradərili Domi Massumoya göstərib.

Dəminin etirazından sonra Cabbarov səhvə yol verdiyini anlayıb. Gözləri Ovusunu axtarıb tapandan sonra tünd rəngli vərəqəni onun üçün havaya qaldırıb.

Kuryoz olay görənlər tərəfindən gülüşlə qarşılanıb.

6-cı tur çərçivəsində keçirilən oyunda “Qarabağ” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək xalların sayını 10-a yüksəldib. İlk turda “köhlən atlar”ın “Sabah”la görüşü təxirə salındığından, ehtiyatda bir oyunu var.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
33
sportinfo.az

1Mənbələr