Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.
“Köhlən atlar” Liqa mərhələsinin II turunda “Kopenhagen”i qəbul edəcək.
“Şirlər” Bakıda dəstəksiz qalmayacaq.
Belə ki, Danimarkadan paytaxtımıza 120-130 azarkeş təşrif buyuracaq.
Bununla bağlı “Kopenhagen”dən “Qarabağ”a müraciət məktubu ünvanlanıb və onlar üçün ənənəyə uyğun olaraq 29-cu sektor ayrılıb.
Danimarkalı həmkarlarımız da həmin gün “hadisə yerində” iş başında olacaq. Klubun Mətbuat Departamentinin 10-a yaxın işçisindən başqa altı yerli jurnalist akkreditasiyadan keçib.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün start fiti saat 20:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ