AZ

Hacıqabulda avtomobil aşdı: yaralılar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində Sabirabad rayon sakinləri; Daşqın Hafiz oğlu Ağayev, 1977-ci il təvəllüdlü Cəlal Vilayət oğlu Paşayev, 1974-cü il təvəllüdlü Afət Əlisadıq qızı Hüseynova, 1968-ci il təvəllüdlü Təranə Həsənağa qızı Əliyeva və 2003-cü il təvəllüdlü Əmralı Cəlal oğlu Paşayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
17
axar.az

10Mənbələr