AZ

ABŞ Türkiyəyə qarşı olan bu sanksiyanı LƏĞV ETDİ - Fidandan AÇIQLAMA


Türkiyə geniş diplomatik fəaliyyət nəticəsində ABŞ-ın CAATSA (Qarşıdurma Əleyhinə Sanksiyalar Aktı) sanksiyalarının ləğvini təmin edib. Bu barədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Nyu-Yorkda mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas prioritet Qəzzada atəşkəsin ən qısa zamanda təmin edilməsidir.

Musavat.com xəbər verir ki, Fidan çıxışında həmçinin Türkiyə və ABŞ arasında qarşılıqlı problemlərin iki tərəfli əsasda həllinə tam əzmkarlığın olduğunu vurğulayıb. O qeyd edib ki, hər iki ölkə NATO müttəfiqidir və tərəflər enerji məsələləri, sanksiyalar və regiondakı müxtəlif fikir ayrılıqları ilə bağlı əməkdaşlıq üçün ortaq iradəyə malikdir.

Nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampı 2026-cı ildə Ankarada keçiriləcək NATO sammitində iştirak etməyə dəvət edib. Ərdoğan və Tramp həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün mümkün birgə addımları müzakirə ediblər.

Hakan Fidan qeyd edib ki, liderlər iki ölkənin NATO çərçivəsində əməkdaşlığını da müzakirə edib və Türkiyə üçün regionda vacib olan məsələlər, xüsusən Qəzza və İsrailin ekspansionist siyasəti riskləri xüsusi vurğulanıb. Həmçinin Suriya ilə bağlı məsələlər gündəmə gətirilib və bütün tərəflər ölkənin ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının vacibliyini təsdiqləyib.


Seçilən
7
1
nuh.az

10Mənbələr