AZ

Futbol dünyasının ulduzunun xanımı göz qamaşdırdı - FOTOSESSİYA

"İnter Mayami"nin ulduzu Lionel Messinin həyat yoldaşı Antonella Rokkutso diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, o, məşhur zərgərlik brendi "Tiffany & Co" üçün fotosessiyada iştirak edib.

Antonella artıq uzun müddətdir ki, ABŞ brendi ilə əməkdaşlıq edir. Bu dəfə argentinalı gözəl "Bird on a Rock" kolleksiyasından zinət əşyalarını təqdim edib.

"Bird on a Rock" kolleksiyası ilk dəfə Jan Şlumberje tərəfindən 1965-ci ildə təqdim edilib və hazırda baş art-direktor Natali Verdeyin yeni dizaynları ilə inkişaf etdirilir.

Seçilən
10
sportinfo.az

1Mənbələr