AZ

Rusiyanın “hücumu” özünə çevrildi: Tramp da razıdır Görünən an vurulacaq!

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnikin NATO ölkələrinə çağırışı birmənalı qarşılanmayıb. Kolesnik Alyans üzvlərinin Rusiya təyyarələrinin vurulması üçün texniki imkanlarının olub-olmadığını ciddi şəkildə qiymətləndirməli olduqlarını bildirib. O, döyüşkən bəyanatların Avropanı eyni cavabla üz-üzə qoymaq riski daşıdığını söyləyib.

Deputat vurğulayıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri və döyüş təcrübəsi baxımından daha güclüdür. Ona görə də potensial qarşılıqlı addımların nəticələri nəzərə alınmalıdır. O həmçinin Avropa tərəflərini təkcə siyasi ritorika ilə kifayətlənməməyə və real əməliyyat imkanlarını qiymətləndirməyə çağırıb.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın NATO ölkələrinin hərbi hava məkanını pozması eskalasiya riskini kəskin artırır:

“NATO hava məkanını pozan təyyarələrin vurulacağını deyir, Moskvada isə kinayəli açıqlama verilir. Göründüyü kimi, vəziyyət gərgindir və Rusiya geri çəkilmək əvəzinə sərt bəyanatlar səsləndirir. NATO çevik surətdə Rusiya hərbi qırıcılarını vura bilər. Hətta ABŞ Prezidenti Donald Tramp da bu məsələdə Alyans ölkələrinin mövqeyini dəstəkləyib. Düşünürəm ki, Rusiya sərhədi pozmağa cəhd etməkdən çəkinəcək.

Məhəmməd Əsədullazadə

Kreml Ukraynada hərbi məğlubiyyətə düçar olduğu və istədiyi hərəkətlilik alınmadığı üçün Polşa və Baltikyanı ölkələrə təzyiqlər edir. Moskva anlamır ki, situasiya onun əleyhinə işləyir, vəziyyəti getdikcə daha da çətinləşir. Qərb Ukraynada Rusiyaya daha çox zərbə endirəcək. Kreml rəhbərliyi də bunu bilir və ona görə sərhədlərində təxribatlara əl atır ki, Qərb Ukraynaya ciddi dəstək verməsin”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr