AZ

Amerikada silahlı insident baş verdi, ölən və yaralananlar var

BAKI, 28 sentyabr. TELEQRAF

Amerikanın Sautport şəhərində naməlum silahlı şəxs yaxtanın dayandığı yerə atəş açıb.

Teleqraf WECT telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Atəş açan şəxsin kimliyi məlum deyil. Hadisənin hansı səbəbdən baş verdiyi, atəş açan şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Atəş açan şəxs saxlanılmayıb, hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi ilə bağlı məlumat hələlik açıqlanmayıb.

Seçilən
20
teleqraf.com

1Mənbələr