Ruslar havaların soyumasını və şəraitin pisləşməsini nəzərə alaraq artıq döyüşə hazırlaşmağa başlayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Vladislav Voloşin bildirib.
O qeyd edib ki, dəyişkən hava şəraitinin düşmən qoşunlarının taktikasına necə təsir edəcəyi hələlik məlum deyil. Onun sözlərinə görə, ruslar öz qüvvələrini və silahlarını yenidən toparlamağa başlayır:
"Düşmən hücum qrupunun şəxsi heyətini irəli mövqelərə yerləşdirir ki, bu da yeni hücumu həyata keçirəcək. Ən böyük yenidən qruplaşma hazırda Dnepr və Xerson istiqamətlərində aparılır".