AZ

Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimi bu gün keçiriləcək...

"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Gəncə şəhər stadionundakı tədbir saat 19:00-da start götürəcək.

Tədbirdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.

Poliqon.info

Seçilən
14
26
poliqon.info

10Mənbələr