AZ

Bu gün Moldovada parlament seçkiləridir: Rusiyanın planı baş tutacaqmı?

Bu gün Moldovada parlament seçkiləri keçiriləcək. Musavat.com xəbər verir ki, bu seçkilər ötən il keçirilən prezident seçkilərində Rusiyapərəst qüvvələrin məğlubiyyətindən sonra Moksvanın Moldovada siyasi hakimiyyəti ələ keçirmək üçün son şansıdır. Buna görə də Rusiya seçkilərdə onun təsiri altında olan namizədlərin qalib gəlməsi üçün bütün gücü ilə Avropayönümlü Mariya Sandu hakimiyyətinə qarşı mübarizə aparıb.

Qeyd edək ki, Moldova parlamentli respublikadır. Birpalatalı parlament ölkənin ən yüksək nümayəndəli və qanunverici orqanıdır və 101 deputatdan ibarətdir. O, icra hakimiyyətinə nəzarəti həyata keçirir, dövlət büdcəsini təsdiq edir, beynəlxalq müqavilələri ratifikasiya edir, dayandırır və ya denonsasiya edir, qanunlar və fərmanlar qəbul edir, referendumlar təyin edir, səfərbərlik və hərbi vəziyyət elan edir və s. Bundan başqa, deputatlar parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra prezident tərəfindən irəli sürülmüş baş nazirliyə namizədə etimad göstərmək səlahiyyətindədirlər.

Moldova daxilində Rusiyanın maliyyələşdirdiyi və təbliğatını qurduğu qüvvələrin seçkiyə müdaxdiləsi üçün hakimiyyət tərəfindən çoxsaylı tədbirlər görülüb. Bundan əlavə, Moldovanın qərbyönümlü vətəndaşlarının yaşadığı və işlədiyi Qərb ölkələrində seçki məntəqələrinin sayı 234-dən 301-ə çatdırılıb. Səsvermə bülletenlərinin üçdə birindən çoxu - 864 000-i bu seçki məntəqələrinə göndəriləcək, daxili səsvermə üçün isə təxminən 2,7 milyon bülleten tələb olunacaq.

Moksva “yüz minlərlə moldovan”ın yaşadığını iddia etdiyi Rusiyada yalnız iki seçki məntəqəsinin açılmasından narazılığını bildirib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Moldova hakimiyyətinə və ATƏT-ə Rusiyada seçki məntəqələrinin sayını artırmaq üçün müraciət edib. Müraciətdə bildirilir ki, Moldovanın Moskvadakı səfirliyində açılacaq iki məntəqədə 10 min nəfərdən çox adam səs verə bilməyəcək.

Xatırladaq ki, sonuncu prezident seçkilərində Rusiyadakı məntəqələrə separatçı Dnestryanının Rusiya vətəndaşlığı alımış minlərlə rus sakini gətirilərək Moskvanın namizədinə səs verdirilmişdi. Bu dəfə də Moskvanın eyni üsuldan istifadə etməyə hazırlaşdığına dair məlumatlar yayılır: Rusiyanın hər yerindən vaxtilə Moldovada yaşamış ruslar Moskvaya gətirilir.

Musavat.com

Seçilən
38
1
musavat.com

10Mənbələr