Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə ümid edir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.
O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları ABŞ-nin şərq sahilləri vaxtı ilə saat 20:00-da bərpa edilib. (28 sentyabr, Bakı vaxtı ilə saat 4:00-da).
"Prezident Tramp açıq şəkildə bildirib ki, diplomatiya bir seçim olaraq qalır - razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran düzgün, vaxt itirmədən və yayındırmadan aparılan birbaşa danışıqlara razılıq verməlidir", - deyə o bildirib.