AZ

İsrail mediası ABŞ‑ın Qəzzada 21 maddəlik atəşkəs təklifini paylaşıb

İsrail mediası ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəsə dair təqdim etdiyi iddia edilən 21 bəndlik yeni planın təfərrüatlarını açıqlayıb.

“The Times of Israel” Uitkoffun təklif etdiyi plan barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, təklifin əsas məqsədi Qəzzada müharibəyə son qoymaq və gələcəkdə Fələstin dövlətinin yaradılması üçün yol açmaqdır.

Qeyd edilib ki, ABŞ-ın təklifi bu həftənin əvvəlində BMT Baş Assambleyası çərçivəsində ərəb və müsəlman liderləri ilə görüş zamanı təqdim edilib.

Planın əsas məqamları arasında İsrailin hücumlarının dayandırılması, bütün israilli məhbusların 48 saat ərzində azad edilməsi, ABŞ-ın Fələstin və İsrail arasında dialoqun asanlaşdırılması, fələstinlilərin Qəzza zolağında qalmasının təşviqi və HAMAS-ın yeni administrasiyadan kənarlaşdırılması göstərilir.

Seçilən
30
10
anews.az

10Mənbələr