AZ

Kökçünün qələbə həsrətinə son qoyuldu

style='margin-bottom:10px;'>

Futbol üzrə Niderland çempionatında 7-ci  turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" doğma meydanda "Zvolle"ni qəbul edib. Bu, "Volendam"ın mövsümdə ilk qələbəsi olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü matçın 73-cü dəqiqəsində hesab 2:1 olarda meydana daxil olub.

“Volendam” bu nəticədən sonra 7 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Seçilən
38
2
teleqraf.com

3Mənbələr