Bu gün Gəncə şəhərində III MDB Oyunlarının açılış mərasimi baş tutacaq.
Day.Az xəbər verir ki, tədbir şəhər stadionunda saat 19:00-da başlayacaq.
Mərasimdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.
Qeyd edək ki, sentyabrın 26-da start götürən turnirdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirak edir. Yarışda Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir. Pakistan isə yarışda 4 idmançı ilə iştirak edir.
III MDB Oyunlarına oktyabrın 8-də Gəncə şəhər stadionunda yekun vurulacaq.