Dünən Qəbələ şəhər stadionunda Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, futbol yarışlarına start verilib.
Birinciliyin ilk oyununda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb.
Oyundan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub.
Qabil YUSİFOĞLU
XQ