AZ

"İnter Mayami" Messi ilə danışıqları başa çatdırdı - DETALLAR

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ilə yeni müqavilə ilə bağlı danışıqları uğurla başa çatdırıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayderlər Nikolo Skira ilə Xavi Kampos yayıblar.

Mənbələrin məlumatına görə, 38 yaşlı futbolçu ilə MLS klubunun rəhbərliyi bütün şərtlərlə bağlı razılığa gəlib. Müqavilənin müddətinin uzadılması yaxın günlərdə elan ediləcək. 

Yeni müqavilə 2028-ci ilin sonuna qədər nəzərdə tutulub. Buraya erkən xitam variantları da daxildir: Messi müqaviləni 2026-cı ilin sonunda, klub isə 2027-ci ilin sonunda ləğv edə bilər.

Argentinalının hazırkı müqaviləsinin müddəti 2025-ci il dekabrın 31-də başa çatır. Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. O, klubda keçirdiyi 69 matçda 58 qol vurub və 28 məhsuldar ötürmə edib. 

Mirağa

Seçilən
23
3
fanat.az

4Mənbələr