AZ

Loran Blan istefaya göndərildi

style='margin-bottom:10px;'>

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu baş məşqçisi Loran Blanı istefaya göndərib.

QOL.az xəbər verir ki, yerli çempionatın son turunda "Əl-Nəsr"ə məğlubiyyətdən (0:2) sonra fransalı mütəxəssislə bağlı qərar verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyulundan "Əl-İttihad"ı çalışdırır. Komanda onun rəhbərliyi altında ilk mövsümündə liqa və Kral kubokunu qazanıb. “Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatına ardıcıl üç qələbə ilə başlayıb və yalnız son turda uduzub. Komanda 4 turdan sonra 9 xalla 3-cü pillədədir.

Seçilən
43
7
teleqraf.com

9Mənbələr