AZ

Sergey Mardan görün nəyə sevinir: Putinin propoqanda köpəkləri Rusiyaya belə nifrət yaradırlar

Musavat.com xəbər verir ki, rusiyalı publisist və tanınmış radio aparıcısı Sergey Mardan Qarabağ müharibəsinin beşinci ildönümü münasibətilə Sankt-Peterburqda qeyri-adi “sakitlik” yaşandığını bildirib. Onun sözlərinə görə, nə Azərbaycan diasporunun, nə də diplomatların iştirakı ilə açıq ictimai tədbir qeydə alınmayıb. Şəhər hakimiyyəti oteldə mərasimin keçirilməsinə icazə verməyib, diaspor nümayəndələrinə isə kütləvi tədbirlərin keçirilməsinin yolverilməzliyi barədə açıq mesaj göndərilib.

“Əvvəllər belə tarixlər festivallar, avtoprobeglər və hətta havaya atəş açmaqla qeyd olunurdu. Əgər rus şəhərlərində əcnəbi bayraqları yelləyənlərin barmaqları dərhal sındırılsaydı, bu qeydi yazmağa da ehtiyac qalmazdı. Və bu, çox yaxşı və dostluğa xidmət edən addım olardı. Bu gün isə — Azərbaycan təqvimində qırmızı gün olmasına baxmayaraq — səssizlik və təmkin müşahidə olunur”, — deyə Mardan öz Teleqram kanalında yazıb.

Mardan bu durumu açıq-aşkar qürur və qələbə hissi ilə təqdim edir. Lakin Kremlin təbliğat köpəkləri anlamırlar ki, onların “qələbə” kimi təqdim etdikləri bu cür addımlar əslində Rusiyanın məğlubiyyəti və itkisidir. Azərbaycanın qələbə gününü Peterburqda və ya Rusiyanın digər şəhərlərində səssiz keçirməyə məcbur etmək Rusiyanın Cənubi Qafqazda nüfuzunu və cəmiyyətlərarası etimadını daha da zəiflədir.

Hər təzyiq, hər qadağa, hər kobud davranış Rusiyaya qarşı nifrəti artırır və bəzi azərbaycanlıların içində hələ də qalan müsbət münasibət qalıqlarını da məhv edir. Prezident Vladimir Putinin bu siyasəti nəticəsində Kremlin hər “qələbəsi” – istər Ukraynada, istər Azərbaycana qarşı münasibətdə – əslində onun strateji məğlubiyyətinə çevrilir.

Rusiyanın imperiya ənənələrinin süqutuna gətirən əsas səbəb də məhz bu “ədalət hissinin” və “ölçü hissinin” itirilməsidir. Rusiya özünü qalib hesab etdiyi yerdə əslində geri çəkilir, təsir dairəsini itirir və parçalanmaya doğru sürüklənir.

Bu gün dünyanın müxtəlif yerlərində azərbaycanlılar 2020-ci ilin qələbəsini möhtəşəm şəkildə qeyd edirlər. Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində səssizlik hökm sürsə də, bu, nə Azərbaycanın qalib gəlməsi faktını, nə də həmin qələbədən sonra Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb qovulması reallığını dəyişə bilər.

"Tak çto", Sergey Mardan, boşuna hürmə...

Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr