ABŞ-nin Arizona ştatında güclü yağışların səbəb olduğu sel və daşqın nəticəsində azı 4 nəfər ölüb.
Redaktor.az-ın “CBS News”-a istinadən verdiyi xəbər görə, 3 nəfər Qlob şəhərində güclü yağışlar nəticəsində yaranan selin qurbanı olub.
Daha 1 nəfərin cəsədi Finiksin ətrafında suya düşən avtomobilin yaxınlığında aşkarlanıb.
Daşqın zamanı yüzlərlə propan balonunun su altında qalması təhlükəli vəziyyət yaradıb.