AZ

Sobçak 160 illik borca girdi: görün səbəb nədir

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyalı jurnalist Kseniya Sobçak Kreml yaxınlığında 1,2 milyard rubla mənzil alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb.

“O, Kremlin yaxınlığındakı Bolşaya Dmitrovka küçəsində yerləşən tarixi malikanənin demək olar ki, bütöv bir mərtəbəsini alıb. Jurnalist  bura dostlarını dəvət edərək 2000-ci illərin üslubunda gecə təşkil edib”, – deyə bildirilib.

Sobçak özü də mənzillə bağlı bunları deyib:

“Məni səhv başa düşməyin, hamını evə dəvət edə bilmərəm, sayınız çoxdur. Amma yavaş-yavaş sizə necə gözəl mənzil yaratdığımı göstərəcəyəm”.

Qonaqlar arasında jurnalistin mənzilinin qiymətini açıqlayan DJ Smaş da olub. “Mənzilin qiyməti çox bahadır – 1,2 milyard. İpoteka təxminən 160 il çəkəcək, belə hər şey qaydasındadır”, – deyə sənətçi zarafat edib.

Günel Cəlil

Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
globalinfo.az

4Mənbələr