AZ

İran BMT yə etiraz etdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçı BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.

Oxu.Az-ın "Azad İran" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, məktubda BMT Təhlükəsizlik Şurasının İrana qarşı artıq ləğv edilmiş qətnamələrinin bərpası istiqamətində atılan addımların qanunsuz olduğu vurğulanır.

Əraqçı qeyd edib ki, 2231 saylı Qətnamə çərçivəsində nüvə proqramı ilə bağlı bütün məhdudiyyətlər həmişəlik ləğv olunub və İran bundan sonra onları genişləndirmək və ya həyata keçirmək cəhdlərini tanımayacaq.

Nazirin sözlərinə görə, bu kimi addımlar BMT-nin etibarını zədələməklə yanaşı, Təhlükəsizlik Şurasının nüfuzuna da ciddi xələl gətirir.

Əraqçı məktubunda İrana qarşı zərər vurmaq məqsədilə atılacaq hər hansı addıma ölkə tərəfindən müvafiq cavab veriləcəyini bildirib.

Xatırladaq ki, BMT İrana qarşı sanksiyaları bərpa edib. Məhdudiyyətlərə, digər məsələlərlə yanaşı, İranın xarici aktivlərinin dondurulması, istənilən nüvə texnologiyasının istehsalına qadağa qoyulması və silah embarqosunun bərpası daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
6
oxu.az

7Mənbələr