Baku.ws saytına istinadən ain.az xəbər verir.
65 yaşlı kişi ağacdan yıxılıraq ölüb.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Şəkinin Baş Layısqı kəndində baş verib. Kənd sakini 65 yaşlı Allahyar Şirinovun axşama yaxın evə dönmədiyini görən ailə üzvüləri onu axtararaq dağətəyi yerdə yerləşən bağlarında tapıblar. Məlum olub ki, o, qoz çırpmaq üçün çıxdığı ağacdan yıxılıb.
Allahyar Şirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvüləri onun heç kəsə xəbər vermədən günorta saatlarında qoz yığmağa getdiyini deyirlər.
Şəki Rayon Mərkəzi Xəstəxaasından "Xəzər Xəbər"ə bildirildi ki, dəqiqləşdirilməmiş koma, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, dünyasını dəyişib.
Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.