AZ

Roma Papası özünə yeni katib təyin edib

Vatikan, 28 sentyabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo özünə yeni katib təyin edib.

AZƏRTAC xəbər verir ki, İtaliya yeparxiyasının keşişi Marko Billeri Papa Leonun ikinci şəxsi katib təyin olunub. 2016-cı ildə keşiş təyin olunan 41 yaşlı Marko təhsilini Romada davam etdirərək kanon hüququ üzrə doktorluq dərəcəsi alıb. O, Toskana kilsə tribunalında, San Miniato Basso və Volterra yeparxiya tribunallarında müxtəlif vəzifələrdə çalışıb. San Miniato Bassodakı Müqəddəs Stiven və Martin kilsələrində fəaliyyət göstərib.

İtaliyalı Marko Billeri Papa Leonun birinci katibi - perulu Edqard İvan Rimaycuna İnqa ilə birlikdə çalışacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
29
6
azertag.az

7Mənbələr